​Özbəkistanlı top model Azərbaycanda ilin ən yaxşısı seçildi

O, Özbəkistanı dünyada təmsil edən məşhur simalardan biridir.

Nigina Fəxrəddinova tanınmş model, aktrisa və blogerdir. 1999-cu ildə Özbəkistanda anadan olan modelkompüter mühəndisliyi ixtisası üzrə təhsil alsa da gözəlliyi ilə ön plana çıxır və qısa zamanda ulduzu parlayır.

Boş vaxtlarını səmərəli keçirən Nigina Fəxrəddinova uşaqlıqdan yaradıcıllıqla məşğul olur. Rəsm çəkmək, rəqs etmək, yemək bişirmək onun maraqlı məşğuliyyətləri arasında idi. Bütün bu hobbilər onun şəxsiyyətimi formalaşdırır və bugünkü qız halına gətirir.

Nigina Fəxrəddinova 2018-ci ildə “MDB-nin Top Modeli-2018” müsabiqəsində iştirak edərir vəilk otuzluğa daxil olur. Digər iştirakçılardan fəqrli olaraqiki nominasiya üzrəmükafatlandırılır. O, həmçinin "Miss International 2022" beynəlxalq gözəllik müsabiqəsində Özbəkistanı təmsil edir. Kəşf edildikdən sonra çoxsaylı podium təklifləri alır, Morgan Pimkie və bir çox başqa brendlərlə əməkdaşlıq edir.

25-dən çoxdiplom və sertifikatla təltif olunan və incəsənətin sahələrinə həvəsi olanNigina Fəxrəddinova həm də xeyriyyəçiliklə məşğuldur. Oun ən böyük arzusu ölkəsində mədəniyyət sahəsinin inkişafına töhfə vermək olan gənc model 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Top Model of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR