Alman patriotları artıq Ukraynadadır -

Almaniya çoxdan gözlənilən hava hücumundan müdafiə sistemini Ukraynaya göndərib.

Metbuat.az xəbər verir ki, bu faktı aprelin 18-də müdafiə naziri Aleksiy Reznikov təsdiq edib. Reznikov "Twitter" də bildirib ki, hələ 2021-ci ilin avqustunda Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir vəzifəsində çalışarkən Amerika Birləşmiş Ştatlarına səfər edib və amerikalı tərəfdaşlarına Ukraynanın Patriot zenit-raket sistemlərinə ehtiyacı olduğunu deyib.

Müdafiə naziri qeyd edib ki, ukraynalı hərbiçilər bu sistemləri tez bir zamanda mənimsəyiblər. O, ABŞ-ın müdafiə nazirləri Lloyd Ostinə, Almaniya Boris Pistoriusa və Hollandiya Kayisi Ollonqrenə təşəkkür edib.

"Biz birlikdə qalib gələcəyik", - nazir vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR