"Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyi İmişlidə hüquqi dəstək adlı tədbir keçirib -

"Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasının İmişli Rayon Təşkilatının inzibati binasında "Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək" adlı tədbir keçirib.

Tədbirdə Yeni Azərbaycan Partiyası İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, İmişli İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev, "Müasir İnternet Resursların İnkişafı" İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Millət vəkili Razı Nurullayevin köməkçisi Vüqar Süleymanov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, vəkil Elşad Daşdəmirov, İmişli Vəkil Bürosunun əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edərək çıxış ediblər.

Çıxış edənlər deyiblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Şəhid ailələri və müharibə iştirakçılarına diqqət və qayğı bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın rəhbərliyi ilə ölkəmizin həssas təbəqəsi olan Şəhid ailələri müharibə iştirakçılarına göstərilən dövlət qayğısı uğurla davam etdirilir.

Natiqlər bildiriblər ki, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin Şəhid ailələri müharibə iştirakçılarına hüquqi dəstək yönümündə həyata keçirdiyi layihə dövlət QHT münasibətlərin inkişafı fonunda olduqca faydalı, səmərəli vətəndaş cəmiyyəti təşəbbüsüdür.

Tədbirlə bağlı "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında bildirib ki, "Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsini həyata keçirməkdə əsas məqsəd qalib Prezident cənab İlham Əliyevin sosial siyasətinə ictimai, hüquqi dəstək göstərməkdir.

Birlik sədri onu da deyib ki, sözügedən layihənin icra planına uyğun olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 vəkil bürosunun vəkilləri ilə birlikdə İmişli rayonunda şəhid ailələrinin və müharibə iştirakçılarını narahat edən sosial, hüquqi problemlərə kömək olmaq məqsədilə hüquqi maarifləndirmə tədbiri keçiriblər.

MİRİİB sədri onu da xüsusi olaraq vurğulayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin layihəsi əsasında reallaşdırılan şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib ki, bu kitabçalar İmişli, Abşeron, Binəqədi rayonlarında Birlik tərəfindən keçirilən tədbirlərdə hüquqi maarifləndirmənin daha da faydalı olması üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilir.

Qeyd edək ki, "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsinin icra planına uyğun olaraq Binəqədi rayonunda da "Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək" adlı tədbir keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR