Zelenski Belarus-Ukrayna sərhədinə gedib

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusla sərhəd zonasına gedib.

Metbuat.az xəbər verir ki, bu barədə videohesabatı Vladimir Zelenski öz “Telegram” kanalında paylaşıb.

Zelenski Ukraynanın Belarus və Polşa ilə sərhədinə baş çəkərək oradakı istehkamlara, həmçinin müşahidə vasitələri ilə təchiz olunmuş sərhəd zastavasına baxıb.

Qeyd edək ki, Ukrayna-Belarus sərhədinin uzunluğu 1084 km-dir. Ukrayna hakimiyyəti ötən ilin noyabrında Volın vilayətində Belarusla sərhəddə 3 km-ə yaxın dəmir-beton hasar çəkildiyini bildirmişdi.

Bundan əlavə, Ukraynanın Belarus və Rusiya ilə sərhəddə xüsusi sərhəd zonası yaratmağa başladığını açıqlanmışdı ki, bu zonanın eni bəzi yerlərdə iki kilometrə çatır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR