Sabahdan Ramazan tətili başlayır:

Sabah Azərbaycanda Ramazan tətili başlayır.

Metbuat.az xəbər verir ki, 21, 22 aprel Ramazan bayramı kimi qeyd olunacaq.

22 aprel şənbə gününə təsadüf etdiyindən iş günlərinin yeri dəyişdirilib və beşgünlük iş həftəsində 24 aprel də qeyri-iş günüdür. Beləliklə, bayramla əlaqəli ardıcıl olaraq 4 gün qeyri-iş gündür.

Ramazan bayramı ilə əlaqədar məktəblərdə də qeyri-iş günləri açıqlanıb. Belə ki, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Məlumat üçün bildirək ki, Qazılar Şurasının Fətvasında bu il adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır: “Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır”.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan (Fitr) bayramı aprelin 21-dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR