Emreli ilk qolundan sonra bunları yazdı:

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında vurduğu ilk qolla bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, “Konyaspor”un hücumçusu 29-cu turda evdə “Adana Demirspor”la matçdan sonra instaqram hesabında bunları yazıb: “Çox söz deyərdik, amma boş verin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.

Həmçinin oxuyun: Mahir Emrelinin "Konyaspor"da ilk qolu möhtəşəm alındı - VİDEO

Qeyd edək ki, Mahir 40-cı dəqiqədə gözəl qola imza atıb. Bu, onun Super Liqada və “Konyaspor”da ilk rəsmi qolu olub. Emreli 60-cı dəqiqədə əvəzlənib. Onun komandası isə 1:2 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR