Türkiyə tarixi seçkilərin bir addımlığında:

Ötən gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop açıqlamasında bildirib ki, seçkilər ilk turda başa çatacaq. Parlament spikerinin sözlərinə görə, anket rəylərinin nəticəsi obyektiv olmaya bilər.

Mövzunu Metbuat.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov xatırlatdı ki, mayın 14-də baş tutacaq Türkiyədə parlament və prezident seçkilərinin ilk turunda nəticə olmazsa, ikinci tur 2 həftə sonra, yəni ayın 28-i keçiriləcək.

"Ərdoğanın şansı az olsa da Ukraynadakı müharibəyə son qoymağa çalışır" -

Kənan Novruzov

“Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. “Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək. Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir. Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək”.

Dünyanın gözü kulağı Türkiye'de! '2023'ün en önemli seçimi'ne sayılı gün - Dünya Haberleri

Seçkilərin kifayət qədər gərgin şəraitdə keçəcəyini indidən təxmin etməyin mümkün olduğunu qeyd edən ekspert hesab edir ki, fevralın 6-da baş vermiş dəhşətli zəlzələ və onun nəticələri mövcud iqtidarın reytinqinə mənfi təsir etsə də, hazırkı hakimiyyətin ötən iyirmi il ərzində gördüyü işlər də göz önündədir.

“Ərdoğanın liderliyi ilə hakimiyyətin daxili və xarici siyasətdə atdığı uğurlu addımlar nəticəsində bu gün Türkiyə nəinki regional, həm də beynəlxalq siyasi aktordur. Əvvəllər də dediyimiz kimi, Qərb, xüsusilə ABŞ Ərdoğanın seçkilərdə qalib gəlməsini istəmir. Çünki ABS- a müstəqil siyasət yeridən lider yox, onun hər dediyi ilə oturub - duran siyasətçi lazımdır. Bu mənada, ola bilsin, Qərb müxalifətin, ələlxüsus Kılıçdaroğlunun qalib gəlməsində maraqlıdır. Hətta CHP sədrinə gizli dəstəyin verilməsi də mümkündür”.

Kənan Novruzovun fikrincə, seçkilər ərəfəsində Türkiyənin texnologiya sahəsindəki uğurları, o cümlədən yerli "Togg" avtomobilinin, "TCG Anadolu" gəmisinin istifadəyə verilməsi, İMECE peykinin kosmosa buraxılmasını, həmçinin zəlzələnin təsirlərinin aradan qaldırılması istiqamətində atılan addımlar, yenidənqurma işləri itirilmiş reytinqin bərpası istiqamətində mühüm rol oynayır.


“Seçkilərdə AK partinin və Ərdoğanın qalib gələcəyini proqnozlaşdırmaq olar. Hətta mümkündür ki, məhz Şəntopun dediyi kimi olacaq, ikinci tura ehtiyac qalmayacaq. Artıq seçkilərə bir aydan az vaxt qalıb. Bu isə o deməkdir ki, regionun, Türk dünyasının və bütünlükdə planetin taleyinin müəyyənləşəcəyi tarixi an üçün gün saymağa başlamalıyıq”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR