​Özbəkistanlı iş xanımı Luiza Şaraxmetova Azərbaycanda təltif olundu

Müsalman dünyasında qadının cəmiyyətdə tutduğu mövqe hər zaman müzakirə mövzusu olub. Gender faktoru bu toplumlarda hər zaman ön plandadır. Bu da qadınları cəmiyyətin həyatında daha fəal iştirak etməyə sövq edir. Bu şərtlərdə bir qadının biznesdə uğurlu olması üçün ilk növbədə özünə güvəni olmalıdır. İş həyatı xanımlara özünü cəmiyyətdə təsdiq etmək və iqtisadi asılılıqdan azad olmaq üçün şans yaradır.

Özbəkistanın kifayət qədər uğurlu iş xanımlarından biri də Luiza Şaraxmetovadır.

Öz ölkəsinin sosial və iqtisadi həyatında fəal iştirak edən Luiza Sharaxmetova ilk biznesini 21 yaşında qurub. Gənc yaşda bu sektora daxil olan iş xanımı fəaliyyəti dövründə 5 uğurlu layihəyə imza atıb. Bunlardan “Mediva” estetik tibb klinikası, “Autofinance Leasing” lizinq şirkətixüsusilə fərqlənir. Luiza Sharaxmetova həm də özü kimi qadın sahibkarları bir araya gətirən biznes məktəbinin sahibidir. Onun Özbəkistanda qadın biznesinin inkişafına verdiyi töhfələr türk toplumu tərəfində daim yüksək qiymətləndirilib.

Luiza Şaraxmetova, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Most Popular Entrepreneur of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR