​Özbəkistanlı peşəkar loqoped Azərbaycanda seçilənlərdən oldu

Səlis nitq insanın hərtərəfli inkişafı üçün ən vacib şərtlərdən biridir. Nitq qüsuru zamanla özünü fəaliyyət, davranış və psixoloji pozğunluğu formasında büruzə verir. Bu prosesin qarşısını almaq isə loqopedin üzərinə düşür. Səbr təmkin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla uğurlu birliyinin yeganə yoludur.

Özbəkistanın bu tələblərə uyğun və öz sahəsində yeniliklərə açıq tanınmış loqoped-defektoloqlarından biri olan Sokina İsrailovadır.

Öz işinə böyük iradə, sevgi ilə yanaşan peşəkar xanım nitq qüsuru olan uşaqlara kömək edir. Özəl uşaq inkişaf mərkəzi və loqoped uşaq bağçasının təsisçisi olan təcrübəli loqoped-defektoloq eyni zamanda yeni başlayan loqoped və defektoloqlar üçün dərs verir, təcrübələrini onlarla bölüşür.

Özbəkistanın dövlət televiziyasının sifarişi ilə Sokina xanımın fəaliyyəti ilə bağlı veriliş çəkilib. Öz peşəsini çox sevən Sokina İsrailovanın arzusu uşaqların sağlamlığı və xoşbəxtliyidir. Çünki xoşbəxt uşaq xoşbəxt gələcək deməkdir.

Loqoped-defektoloq Sokina İsrailova 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Ambitious Speech Therapist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR