​Qazaxıstanlı model Akerke İskakova “Reputation Awards 2023”də təltif olundu

Günümüzün ən populyar peşələrindən biri olan modellik gənclərin maraq dairəsindədir.

Qazaxıstanı dünya podiumlarında layiqincə təmsil edən modellərdən biri də Akerke İskakovadır.

“Miss Fashion Global” titulunun sahibəsi Akerke İskakova model olmaqla yanaşı, sahibkar, müsabiqələr kraliçası və moda sahəsində qadınların səlahiyyətlərinin artırılmasını müdafiə edən spikerdir. Modellik karyerası sürətlə inkişaf etdikdən sonra o biznes lediyə çevrildi. Bir sıra gözəllik müsabiqələrində Qazaxıstanı yüksək səviyyədə təmsil edən peşəkar model hazırda ABŞ-da yaşayır. O dünyanın 20 ölkəsində nəşr olunan “Glamuor”, “Harper’s Bazaar” kimi bir çox məşhur jurnalların üz qabığını bəzəyən Akerke Iskakova peşəsinin ən yaxşıları ilə birlikdə çalışır.

Tanınmış model 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Popular İnfluencer of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR