Bu universitetdə dərslər onlayn olacaq

UNEC-in əsas tədris binasında dərslər 1 həftə distant olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə univerisitet məlumat yayıb.

Belə ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı mətbuata açıqlaması nəzərə alınaraq UNEC-in əsas tədris binasında təhsil alan Maliyyə və mühasibat, Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi və UNEC Biznes Məktəbinin tələbələrinin dərsləri 25 aprel-1 may tarixinədək distant formada təşkil olunacaq.

Distant dərslərə qoşulma qaydaları ilə bağlı müvafiq təlimat tələbə və müəllimlərin şəxsi kabinetlərinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR