Bu yolötürücüdə hərəkət dayanır -

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə ("20 Yanvar" dairəsindən "Koroğlu" metrosu istiqamətində birinci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazidə aprelin 21-dən 22-nə keçən gecədən etibarən aprelin 23-ü saat 13:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR