Azərbaycandan İrana gedənlərin sayı azalıb

Ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 20,2 % artaraq 358,6 min nəfər olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 46,6 %, Gürcüstana 44,6 % , Türkiyəyə 6,4 % artıb, İrana gedənlərin sayı isə 25,4 %azalıb.

Ölkə vətəndaşlarının 39,4 %-i Türkiyəyə, 22,9 %-i Rusiyaya, 9,6 %-i Gürcüstana, 8 %-i İrana, 20,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 68,9 %-i kişilər, 31,1 %-i qadınlar olub.

Cari ilin üç ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,4 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR