Azərbaycan Premyer Liqası:

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk matç Şamaxıda "Şamaxı" ilə “Kəpəz” arasında keçiriləcək. 30 turdan sonra şamaxılılar 22 xalla doqquzuncu, gəncəlilər 28 xalla yeddincidirlər.

Digər matçda isə lider “Qarabağ” öz meydanında “Zirə” ilə üz-üzə gələcək. Hazırda son çempion 77 xalla turnir cədvəlinə başçılıq edir. 41 xalı olan Rəşad Sadıxovun komandası isə 5-ci sıradadır.

Azərbaycan Premyer Liqası

XXXI tur

21 aprel (cümə)

16:00. “Şamaxı” - “Kəpəz”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Şamaxı şəhər stadionu.

20:00. “Qarabağ” - “Zirə”

Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Azersun Arena”.

Turun “Turan Tovuz” - “Sabah” və “Səbail” - “Neftçi” oyunları aprelin 22-də, “Sumqayıt” - “Qəbələ” görüşü isə aprelin 23-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR