5 min manat oğurluq edən qadından qəribə açıqlama:

Xəbər verdiyimiz kimi, Bakıda qadın mənzildən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlayıb.

Metbuat.az xəbər verir ki, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilən 43 yaşlı qadın ifadəsində qeyd edib ki, bayram olduğu üçün polislərin işləməyəcəyini və tutulmayacağını düşünüb.

"Bağışlanmasını xahiş edir. Ancaq tutulacağını güman etməyib. Deyir, fikirləşdim ki, bayrama düşür, polis axtarmayacaq. Belə düşünən bir qadını polis yanıldıb. Unudub ki, polis fasiləsiz çalışır", - deyə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

12:24

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR