​Tibb üzrə özbəkistanlı mütəxəssis Dilfuza Sabirova nüfuzlu mükafatlandırma gecəsində təltif olundu

İnsan orqanizmində hormon sintezi kimi həyati bir proses endokrin sistem tərəfindən nizamlanır. Endokrinoloq endokrin sistemin xəstəlikləri ilə məşğul olub, onları təyin edir və müalicə edir.

Özbəkistanda bu sahənin mütəxəssislərindən biri də 22 illik təcrübəyə malik həkim Dilfuza Sabirovadır.

Peşəkar həkim eyni zamanda kosmetoloqdur. O, 2023-cü ildə Dubayda keçirilən "Ən yaxşı kosmetoloq" beynəlxalq müsabiqəsinin qalibi olub.

Peşəkar həkim 22 illik fəaliyyəti müddətində 400-dən çox tələbə yetişdirib. Beynəlxalq tibb təcrübəsini öz ölkəsində tətbiq etmək üçün Dilfuza Sabirova müxtəlif ölkələrdə keçirilən seminar və treninqlərdə iştirak edib.

Bütün bunlarla yanaşı həm də biznes ledi olan peşəkar mütəxəssis 17-18 Mart 2023-cü il tarixində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The İnnovative Cosmetologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR