Dermatologiya sızanaq, akne, dəri, saç tökülməsi, dırnaq xəstəlikləri, dermato-allergiya kimi hər növ dəri xəstəliklərinin ən müasir üsullarla müalicəsidir.
Hər bir peşəkar dermatoloqun fəaliyyəti dəri xəstəliklərinin müasir üsullarla müayinə və müalicəsi, o cümlədən müxtəlif kosmetoloji prosedurların tətbiq olunmasıdır. Lakin müasir dermatologiya bununla kifayətlənmir. Bu gün estetik dermalogiya tələbatlı sahə kimi yaşlanma təsirlərinin görünən nəticələrini minimuma endirmək üçün tətbiq edilən müalicə və qulluq prosesidir. Öz ölkəsində estetik dermatologiyanın peşəkarlarından bir də dermatoloq-kosmetoloq Xilola Raufovadır.
O, peşəsindən irəli gələn keyfiyyəti insanlara gözəllik və xoşbəxtlik bəxş etməkdir. Kosmetoloq kimi Xilola Raufova Rusiya, Avropa, Türkiyə və Qazaxıstan kimi ölkələrdə kosmetologiya üzrə peşəkarlardan təhsil alaraq özünü təkmilləşdirib. İllərin təcrübəsinə malik peşəkar kosmetoloq “MS Beauty Academy”də yeni başlayan həmkarlarına tibbi dərslər verir.
Xilola Raufova eyni zamanda yerli televiziyada uğurlu layihələrdən biri olan “Kosmetoloqun məsləhətləri” rubrikasını müəllifidir.
Xilola Raufov, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Cosmetologist of the Year” nominasiyasına layiq görülüb.