Restoranda müştərinin 2000 manatlıq qızıl təsbehi

Şəmkir rayonunda 2000 manatlıq qızıl təsbeh oğurlanıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR