İranda 3 yaşlı uşaq quyuya düşdü

Bu gün səhər saatlarında Xuzistan vilayətinin Əhvaz şəhərində 3 yaşlı uşaq maşından düşərkən kanalizasiya quyusuna düşərək ölüb.

Metbuat.az İSNA-ya istinadən xəbər verir ki, Xuzistan Baş Prokurorluğu tərəfindən bildirilib ki, uşağın ölümü su və kanalizasiya təşkilatının səhlənkarlığı ucbatından olub. Bildirilib ki, təqsirləndirilən şəxs artıq həbs olunub.

    Qeyd edək ki, Əhvazda bu hal ikinci dəfədir ki, təkrarlanır. Keçən ay həmin ərazidə başqa bir uşaq da kanalizasiya quyusuna düşərək həyatını itirmişdi.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR