Musa Qurbanlı İtaliya klubuna keçir? -

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İtaliyanın “Torino” klubuna transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, yayılan xəbəri təkzib edib.

“Musa Qurbanlının “Torino”ya keçidi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”, - deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı cari mövsümdə vurduğu 20 qolla çempionatın bombardiridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR