Bakı sakinlərinin nəzərinə:

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış həftəsi boyu yollarla bağlı xatırlatması 23 apreldən 24 aprelə keçən gecə Bakı Şəhər Halqasının əhatəsi boyunca tamamlanma işləri başlayacaq.

Metbuat.az xəbər verir ki, bununla əlaqədar aprelin 24-ü gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Həyətlərdən çıxışların qapanmasını nəzərə alaraq avtomobil idarə edən sakinlərdən xahiş olunur ki, qeyd olunmuş vaxtdan əvvəl avtomobillərini həyətlərdən çıxarsınlar. Bu yollarda nəqliyyatın hərəkəti 2 may saat 08:00-dan etibarən bərpa olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR