Xankəndi-Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması sevinclə qarşılandı

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 133 gündür davam edir.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması böyük sevinc və coşqu ilə qarşılanıb.

Belə ki, aksiya iştirakçıları ölkəmizin rəsmi qurumları tərəfindən yayılan bu xəbəri alqışlarla qarşılayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR