Sərhəddə mühüm hadisə:

“Bu gün “Böyük Ermənistan” ideyasının əbədi dəfn edildiyi gündür”.

Metbuat.az xəbər verir ki, bu sözləri Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmizin qurulmasını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bunun digər mühüm problemlərin həlli baxımından başlanğıc olduğunu bildirib:

"Sözüm rus kontingentin komandanlığına və onların kuryerlik etdiyi erməni silahlılarına aiddir: sərhəd- keçid məntəqəsinin qurulmasını, qeyri-qanuni fəaliyyətlərinizə adekvat cavab tədbirlərinin başlanğıcı kimi qəbul edin. Bu, hələ jurnaldır, film təzə başlayır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR