Qurban Qurbanovun istədiyi milyonluq hücumçu kimdir? -

Premyer Liqanı birinci yerdə başa vurmağa yaxın olan «Qarabağ» Çempionlar Liqasına hazırlıq görür.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanov qitənin ən mötəbər klub turnirinə yeni hücumçu ilə getmək istəyir.

Ağdam təmsilçisi bu yöndə fəaliyyətini gücləndirib. «Köhlən atlılar» İspaniyada çıxış edən forvarda rəsmi təklif göndərib. Həmin ön xətt oyunçusunun adı açıqlanmır, sadəcə, sportinfo.az-a verilən məlumata görə, o, Sequndada forma geyinir.

Azərbaycan çempionatının son qalibi maraq dairəsinə düşən hücumçunun transferi üçün onun məxsus olduğu kluba öz şərtlərini irəli sürüb. «Qarabağ» bu keçidin gerçəkləşməsi naminə 1 milyon avro təzminat ödəməyə hazırdır. Qurban Qurbanovun diqqətini özünə çəkən legioner braziliyalıdır.

23 yaşlı «sambaçı»nın hazırkı klubu ilə müqaviləsi 3 illikdir. «Qarabağ» onunla 4 illik kontrakt imzalamaq niyyətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR