Pul xərcləmədən necə istirahət etmək olar? -

Əksər insanlar qeyri-iş günlərini fürsət bilib istirahətə gedib. Gedə bilməyənlər isə elə paytaxtda istirahət edib.

Metbuat.az "Xezer Xəbər"ə istinadən xəbər verir ki, ən gözəl istirahət növlərindən biri də balıq tutmaq sayılır.

Belə ki, balıq həvəskarları qeyri-iş günlərini fürsət bilərək tilovlarını hazırlayır, qarmaqlarına balıqlar üçün yem taxıb suya atırlar.

“Bəs görəsən Xəzərın bu sektorunda balıq varmı? Hansı balıqları tuta bilirlər?”

Ağ Şəhər Bulvarı ərazisində yerləşən bu estakadanı demək olar ki, boş görmək olmaz. Buradakı həvəskar balıqçılar arasında ömrünün yarısını balıq ovuna sərf edənlər də var.

“Amma deyirlər indi əvvəlki kimi balıq yoxdur”

Balıqçılar arasında müxtəlif ölkələrin vətəndaşlarına da rast gəlmək olar. Elə türkiyəli bu balıqçı Halil Karayaka kimi...

O, uğurlu balıqçı olmağın kiçik sirrini də “Xəzər Xəbər” lə bölüşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR