Ermənilər ABŞ-də Azərbaycan səfirliyi önündə mitinq keçirib

Qondarma “erməni soyqırımı”nın ildönümündə ABŞ-də yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçirirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan səfiri Xəzər İbrahim tviterdə bildirib.

“Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də Azərbaycan və Türkiyənin suveren ərazilərinə iddialar səsləndirirlər. “Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?”, - diplomat sosial şəbəkədə qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR