Vahid Əhmədovun bu sözlərinə deputatlar etiraz edir -

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə deputat Vahid Əhmədovun işinə İntizam Komissiyasında baxılması təklif edilib.

Metbuat.az xəbər verir ki, Milli Məclisin deputatları sədrin tapşırığını dəstəkləyib. Buna səbəb isə 1 həftə bundan əvvəl deputat Vahid Əhmədovun Mehman Hüseynova verdiyi müsahibə olub. Belə ki, onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.

Jurnalist Mehman Hüseynovun "3 deputat adı deyin ki, onları xalq seçib və millətin vəkilliyini edir" sualına cavab olaraq deputat Əli Məsimli və Qənirə Paşayevanın adını çəkib.

Həmçinin Mehman Hüseynovun "Bir millət vəkili oliqarx ola bilər? Bəs bir deputat Məclisə 30 minlik saatla gələ bilər?" sualına Vahid Əhmədov belə cavab verib:

"Normal millət vəkili üçün mümkün deyil, oliqarx ola bilməz. Sualına cavab olaraq bildirdim ki, millət vəkilləri bizneslə məşğul ola bilməz, amma kifayət qədər var. Biznesdə də pul var. Bəziləri də var ki, millət vəkili olmazdan öncə bizneslə məşğul olub, onlara biz qarışa bilmərik".

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR