Bayramda 72 nəfər zəhərlənib,

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından, zəhərlənib. 1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən 1 nəfər (qadın) dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR