​Təcrübəli özbəkistanlı defektoloq Dinara İbrahimova Azərbaycanda mükafata layiq görüldü

Neyro-psixioloji inkişaf pozuntusu olan autizm uşaqlarda kiçik yaşlarından özünü büruzə verir. Son 10 ildə dünyada autizmli uşaqların sayı durmadan artır. Valideynlərin bu barədə məlumatlı olmaması autizmli uşaqların vaxtında və düzgün müalicəsinə maneə olur.

Özbəkistanın bu sahədə peşəkar defektoloqlarından biri də Dinara İbrahimovadır.

İbrahimova Dinara defektoloq, loqoped, biofeedback (BFB) terapiyası üzrə mütəxəssisdir. 8 illik təcrübəyə malik peşəkar defektoloq Daşkənd Pedaqoji Universitetinin defektologiya fakültəsini bitirib.

Autizm, serebral iflic, zehni gerilik, kəkələmə kimi nitq və davranış pozğunluğu olan sağlamlıq imkanları məhdud uşaqların müalicəsi ilə məşğuldur. O, eyni zamanda Özbəkistanda öz peşəkar fəaliyyəti ilə ön plana çıxan Loqopediya Mərkəzinin təsisçisidir.

Avropa ölkələrində öz peşəsinin dərinliklərini öyrənən Dinara İbrahimova beynəlxalq konfransların iştirakçısıdır və bir neçə xarici dildə sərbəst danışır.

Peşəkar defektoloq, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Speech Therapist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR