Qadının robotla savaşı diqqət çəkdi -

Çinin Tszyansu əyalətindəki Xuzhou Tibb Kollecində əsəblərinə hakim ola bilməyən qadın robota hücum edib.

Metbuat.az xəbər verir ki, robota dəfələrlə çubuqla vuran qadın səs-küy salıb. Kadrlarda əlindəki çubuqla robotu dəfələrlə vuran qadının ətrafdakı insanlara qışqırdığı müşahidə edilib. Polis hadisəni araşdırır. Qadının robota niyə hücum etdiyi hələlik məlum deyil. Məlumata görə, robot tibb kollecinə sakinlərə məlumat vermək üçün yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR