İsveçin atdığı raket Norveçə düşdü

İsveçdən atılan tədqiqat raketi Norveçdə dağlıq əraziyə düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Norveçin Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, Norveç səlahiyyətliləri sərhədin Norveç tərəfində hər hansı icazəsiz fəaliyyətə çox ciddi yanaşır. Bildirilir ki, İsveçin şimalında Kiruna yaxınlığındakı Esrange Kosmos Mərkəzindən buraxılan və sərhədə yaxın əraziyə enişi gözlənilən raket hədəfinə çata bilməyib.

İsveç Kosmik Şirkəti tərəfindən buraxılan tədqiqat raketi 250 kilometr yüksəkliyə çatdıqdan sonra marşrutdan çıxaraq Norveçdə dağlıq əraziyə düşüb. Raketin texniki nazaslıq nəticəsində Norveç ərazisinə düşdüyü güman edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR