Futbolla bağlı inqilabi qərar verildi -

Almaniya 2-ci Futbol Liqasında (Bundesliqa 2) çıxış edən “Fortuna Düsseldorf” peşəkar futbol tarixində indiyədək görülməmiş qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, gələn mövsüm klub azarkeşlərin liqada oynanılacaq bütün matçlara pulsuz daxil olmasına icazə verəcək. “İstər Fortuna üzvü, istər mövsümü bilet sahibi olsun, istər daimi azarkeş olsun, istərsə də qonaq azarkeş olsun, məqsədimiz bütün azarkeşlərə liqanın ev oyunlarına pulsuz daxil olmaq imkanı verməkdir”, - klubun açıqlamasında deyilir. Məlumata görə, məqsəd "Fortuna for All" adlı bu konsepsiya sayəsində şəhərdə futbola marağı daha da artırmaqdır. Klub ab-hava ilə komandanı Bundesliqaya yüksəltməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, “Fortuna Düsseldor”fun ev matçlarını keçirdiyi “Esprit Arena” 54 min 600 tamaşaçı tutumuna malikdir. Alman komandasının bu mövsüm ortalama tamaşaçı sayı 29 min civarındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR