Ərdoğanın təltif etdiyi hərbçimiz kimdir? -

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş hərbi tibb personalımızın rəhbəri Türkiyə dövləti tərəfindən mükafatlandırılıb.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məölumata görə, Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tibb xidməti polkovniki Niyaməddin Ağamalıyevi “Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı” ilə təltif edib.

Qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR