KTM-də “Heydər Əliyevin 100 illiyinə 100 ağac” devizi ilə ağacəkmə aksiyası keçirilib -

TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzdə “Heydər Əliyevin 100 illiyinə 100 ağac” devizi ilə ağacəkmə aksiyası keçirilib

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq Kliniki Tibbi Mərkəzin həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiya çərçivəsində Mərkəzin həyətyanı sahəsinə 100 ağac əkilib.

“Heydər Əliyevin 100 illiyinə 100 ağac” devizi ilə keçirilən ağacəkmə aksiyasında Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, müavinləri, həkim kollektivi və Mərkəzin digər əməkdaşları iştirak edib.

Ağacəkmə aksiyanın keçirilməsində əsas məqsəd ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitin qorunması, yaşıllıq zolaqlarının genişləndirməklə təbiəti qorumaqdır. Bu cür ağacəkmə kompaniyaları mütəmadi olaraq təşkil olunacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR