İrana şok: Məclis üzvü, Xameneinin yaxın adamı öldürüldü

İran Ekspertlər Məclisinin üzvü, Zahidan şəhərinin keçmiş cümə imamı Ayətullah Abbas Əli Süleymani silahlı hücum nəticəsində öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə İrna agentliyi məlumat verib. Mazandaran əyalətinin qubernator müavini Ruhullah Solqi bu gün səhər saatlarında Süleymaninin Babulser şəhərində hücuma məruz qaldığını açıqlayıb. O, hücum edən şəxsin saxlanıldığını açıqlayıb. İran rəsmisi hadisənin təfərrüatlarının daha sonra paylaşılacağını bildirib.

Qeyd edək ki, Ayətullah Abbas Əli Süleymani bundan əvvəl İranın ali dini lideri Əli Xameneinin Sistan-Bəlucistan əyalətinin nümayəndəsi və Zahidan imamı vəzifələrində çalışıb. İran Konstitusiyasına görə, İranın ali dini liderini seçə, ona nəzarət edə və vəzifədən azad edə bilən komitə olan Ekspertlər Məclisi 8 ildən bir xalq tərəfindən birbaşa seçilən 88 ruhanidən ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR