İsa Qənbərdən oğlunun paylaşımına reaksiya:

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri olan İsa Qəmbərin oğlu İlkin Qəmbərin tvitter hesabındakı paylaşımı rezonans doğurub.

Belə ki, o, 24 aprel tarixində - qondarma “erməni soyqırımı”nın “ildönümündə” paylaşım edib.

İsa Qəmbərin oğlundan biabırçı paylaşım - FOTO

Metbuat.az xəbər verir ki, "Laf TV"nin efirində tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin tvitinə münasibət bildirib. O, oğlunun 40-a yaxın yaşı olduğunu, öz qərarlarına, addımlarına görə məsuliyyət daşıdığını vurğulayıb: "Onun mövqeyində, fikirlərində müəyyən məqamlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük, üz-üzə danışa bilmirik. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ( Kings and Generals) açıblar. Yüzlərlə tarixi film çəkiblər. Təsəvvür edin, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var. “Erməni soyqırımı” ilə bağlı tamam səhv mövqedədirlər. Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün soyqırımla bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR