“Formula 1” üçün yeni biletlər satışa çıxarıldı

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin konsert proqramına yeni biletlər satışa çıxarılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Metbuat.az-a verilən məlumata görə, dünya ulduzları DJ Don Diablo və DJ Hardvellin konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 150 AZN-dir.

DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə bir gün sonra Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə "Formula 1" həftəsonunun açılışını edərək canlı şoularını sərgiləyəcək.

Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR