3 tondan çox narkotik vasitə məhv edildi -

Bu gün keçirilən narkotik vasitələrin məhv edilməsi prosesinə DİN tərəfindən 3 ton 131 kiloqram narkotik vasitə, 52 min ədəd psixotrop tərkibli həb və 29 min ədəd çətənə kolu təqdim edilib.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, məhkəmələrin qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının Sabunçu rayonunda yerləşən “Bakı Neft Maşınqayırma Zavodu”nun inzibati ərazisində məhv edilməsi prosesi keçirilib. Narkotiklərin məhv olunmasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, komissiyanın müxtəlif dövlət orqanlarının əməkdaşlarından təşkil olunan üzvləri, o cümlədən Daxili İşlər Nazirliyinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı Daxili İşlər Nazirliyi tərəfindən ötən dövrlərdə qanunsuz dövriyyədən çıxarılan 3 ton 131 kiloqram müxtəlif xassəli narkotik vasitə, 52 min ədəd psixotrop tərkibli həb, 29 min ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu məhv etmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.

Qeyd edək ki, 2023-cü ilin ilk rübündə isə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR