Ermənilər vacib seçim qarşısında -

Azərbaycanın 10 Noyabr Bəyanatına uyğun olaraq Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması həm Ermənistan siyasi rəhbərliyini, həm də Qarabağdakı erməniləri təşvişə salıb. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiya, yaxud da ərazilərimizi tərk etməkdən başqa yolu qalmayıb.

Nəzərə alsaq ki, separatçılar da onların gözlənilən potensial istəklərinə qarşı çıxırlar, deməli, əsas proseslər də bundan sonra başlayacaq. Yəni mülki əhali ilə separatçılar arasında qarşıdurma daha da artacaq.

Qarabağın erməni əhalisi başa düşür ki, başqa şansları yoxdur. Çünki separatçıların girovunda qalmaq və ya onların təsiri ilə silahlı mübarizəyə əl atmaq onlar üçün müsbət heç nə vəd etmir. Bir sözlə, həm Ermənistan, həm də Qarabağda yaşayan ermənilər təmasların inkişafına konstruktiv mövqe nümayiş etdirərək, mövcud vəziyyətdən nəticə çıxarmaq məcburiyyətindədirlər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR