"Məktubu oğlum yazmayıb, onun xətti deyil" -

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirov evə məktub göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə AzVision.az -a əsirin anası Dürdanə Bəbirova deyib. O bildirib ki, məktub Aqşinin xətti ilə yazılmayıb. D.Bəbirova bundan narahat olduqlarını vurğulayıb. " Məktubdakı xətt Aqşinin deyil. Amma yazılan sözlər oğlumun bizə müraciətləridir. Anası, bacıları ilə şirin dillə danışandır və məktubda da bu sözlər onun dediklərinə oxşayır. Sanki ona sual verib, onun əvəzinə yazıblar. Yaxşı olması barədə dedikləri bilinir ki, cəfəngiyyatdır. O cür bəlanın içərisindədir, necə problem ola bilməz? Bəllidir ki, belə yazmalı idilər ".


"Salam anam, atam, bacılarım. Mən burada yaxşıyam, burada heç bir problem yoxdur. Hər şey yaxşıdır. Anam mənim özünə yaxşı bax, elə bilki mən əsgərlikdəyəm, elə yolumu gözlə. İnşAllah görüşəcəyik, dualarını əsirgəmə. Sən narahat olma yoxsa mən narahat olaram. Atam ailə sənə əmanətdir. Başlarından heç bir tük əskik olmasın. Səni və sizi çox sevirəm. Mənim gözəl bacılarım, Aylinim dərslərini yaxşı oxu, qardaşın gələcək, yaxşı canım. Bacım Aysu sən ürəyini sıxma, hər şey yaxşı olacaq. Mənim gözümün ağı qarası. Hamımızı çox sevirəm. Yolumu gözləyim, gələcəm, dualarınızı əsirgəməyin. Sağ olun".

"Əli-qolu bağlı zindanda olan şəxsin bacısına dərslərini yaxşı oxu deməsinin yeridir? Burada necə yaza bilər ki, "yaxşıyam, problem yoxdur". Məlumdur ki, hamısı yalandır", deyə D.Bəbirova vurğulayıb.

 "Məktubu oğlum yazmayıb, onun xətti deyil" -    Əsir Aqşinin anası


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR