İsa Həbibbəylinin nəvəsi ali məktəbə imtahansız qəbul olub? -

Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeri-qanuni yolla ali məktəbə imtahansız daxil olması barədə məlumat yayılıb.

AMEA-dan Metbuat.az-a verilən məlumata görə, bu barədə məlumat yalandır: "İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır. Həbibbəyli İsa Səhət oğlu hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR