Məhkəmə Anar Əsədli barədə

Azərbaycan Yüksəliş Partiyasının dələduzluqda ittiham olunan sədri Anar Əsədli barəsindəki qərardan verilmiş şikayətə baxılıb.

Metbuat.az-a APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq rədd olunub.

Nərimanov rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR