Parisdə polisin reydləri zamanı ələ keçirilən lüks əşyalar satışa çıxarıldı

Fransada cinayətkarlıqla mübarizəyə qarşı pul yığmaq məqsədilə cinayətkarlardan müsadirə edilən “Lamborghini” və digər lüks əşyalar hərraca çıxarılıb.

Metbuat.az xəbər verir ki, hərracdan ümumilikdə 1 milyon 280 min avro əldə edilib. Məlumata görə, qaçaqmalçılardan ələ keçirilən məhsullar Paris Ədliyyə Sarayında hərraca çıxarılıb. Bildirilir ki, hökumət müntəzəm olaraq narkotik reydləri zamanı ələ keçirilən əşyaları satır. Hərraca çıxarılan 277 əşya arasında Fransanın qərbində narkotik alverində təqsirli bilinən bir şəxs tərəfindən müsadirə edilmiş ağ “Lamborghini” də var idi.

Hərracda “Yves Saint-Laurent” və “Louis Vuitton” idman ayaqqabıları və digər dəri məmulatları da nümayiş etdirilib. Qeyd edək ki, ötən il narkotiklərlə bağlı reydlər zamanı ələ keçirilən maddələrin satışından 15,9 milyon avro gəlir əldə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR