"Azərbaycanın hazırkı addımları Moskvanı pat vəziyyətinə salıb" -

Xəbər verdiyimiz kimi, Rusiya Qarabağda sülhməramlı qüvvələrinə yeni komandan general -polkovnik Aleksandr Lentsovu təyin edib.

Politoloq Məhəmməd Əsədullazadə deyir ki, məhz ötən gün Azərbaycan ordusu Laçın və Şuşa istiqamətində bir neçə strateji yüksəklikləri nəzarətə götürməklə, Rusiyaya mesaj vermiş oldu. Politoloq hesab edir ki, bununla rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinində bu kimi komandan dəyişikliklərinin Azərbaycanın planlarının qarşısını alacaq gücdə olmadığını ortaya qoydu.

"General-polkovnik Aleksandr Lentsov qeyd edib ki, onun əsas işi Laçın yolunda nəzarəti bərpa etmək olacaq. Moskvanın əsas planı nəzarət-buraxılış məntəqəsinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilməsi və özünün skayner nəzarət sistemini yaratmaqdır. Bu kontekstdə sülhməramlı qüvvələrinin komandanı Azərbaycanla danışıqlar aparacaq. Amma, Azərbaycan tərəfi Rusiya ilə hərbiçiləri birgə nəzarətə razı olması nəzarət-buraxılış məntəqəsində mümkün deyil".

M. Əsədullazadənin şərhinə görə, Rusiya sülhməramlı qüvvələrinin erməni silahlı birləşmələrinin əli yeni təxribatlara başlaması mümkündür.

"Çünki Rusiya proseslərdə fəaliyyət imkanlarının daraldığının fərqindədir. Rusiya sülhməramlı qüvvələrə "döyüşkən" general göndərəcəyini vurğulamaqla bir növ psixoloji təzyiq etməyə çalışırdı. Amma, Azərbaycanın hazırkı addımları Moskvanı pat vəziyyətə salıb. Moskva artıq Qarabağda Azərbaycana qarşı mövqe ortaya qoymaq imkanlarından xaricdir",- deyə politoloq qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR