Çin və Filippin gəmiləri arasında gərginlik

Çin Sahil Mühafizə gəmisinin Cənubi Çin dənizində mübahisəli qayalığa doğru üzən Filippinin patrul gəmisinin qarşısını kəsməsi gərginliyə səbəb olub.

Metbuat.az xəbər verir ki, Çin Sahil Mühafizə Komandanlığına məxsus gəmi Filippinin Palavan adasının 194 kilometrliyindəki “Thomas Shoal” rifinə doğru hərəkət edən gəmisinin qarşısını kəsib. Çin gəmiləri filippinlilərə qarşı "təhlükəli" manevrlər edib. Bölgədəki gərginliyin nümayiş edilməsi üçün Filippinin sahil mühafizə qruplarının dəvəti ilə patrul xidmətlərinə qatılan bir çox jurnalist bölgədəki “təhlükəli” manevrləri izləyib.

Çin gəmisi Filippin qayıqlarına mübahisəli qayalıq ərazini tərk etmələri barədə xəbərdarlıq edib. Bildirilib ki, xəbərdarlıqlara əməl edilməsə qanuna uyğun olaraq əlavə tədbirlər görüləcək. Ardınca Filippin gəmiləri ərazini tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR