Stalinin qadağan etdiyi şəkillər (FOTO)

Stalinin qadağan etdiyi şəkillər (FOTO)
14:36 19 Yanvar 2015
753 Digər
Ölkə mətbuatı
A- A+

Keçmiş SSRİ-nin rəhbərlərindən biri İosif Stalin hakimiyyətdə olduğu müddətdə şəkillərə də nəzarət edirdi. O bəzən şəkillərdə gözdən düşmüş insanları sildirir, bəzən də əksinə, yetərincə sıx görünməyən şəkillərə adam artırırdı.

ANS PRESS-in məlumatına görə, şəkillərdən birində Stalin yanında bir gənc oğlanla görünür. Həmin şəklin ikinci variantında isə Stalin tək görünür. Bəzi məlumatlara görə, həmin gənc tək şəkildən silinməyib. O həm də edam edilərək aradan götürülüb.





Aşağıdakı şəkildə də oxla göstərilən iki nəfər bir vaxtlar Stalinlə birlikdə şəkil çəkdirə biləcək qədər yüksəlmişdilər. Lakin gözdən düşəndən sonra həm şəkildən siliniblər, həm də edam ediliblər.





Başqa bir şəkildə isə kütləvi etirazlar zamanı bir etirazçı əlində qırmızı bayraq tutur. Arxada isə saat satılan bir dükanın adı yazılan lövhə görünür. Həmin şəkil də sonralar dəyişdirilib. Belə ki, artıq ikinci şəkildə həm bayraq, həm də lövhənin əvəzinə plakatlar göstərilib. Plakatlarda "Rədd olsun monarxiya" və "Öz haqlarınızı mübarizə apararaq ala bilərsiniz" yazılıb.





Leninin çıxışı zamanı çəkilən bir şəkildə isə insanlar az olduğu üçün onların sayı süni şəkildə artırılıb.





Daha bir şəkildə isə bir adam Stalinə nəzakətlə yol göstərir. Həmin şəklin başqa variantında yol göstərən adam və onun arxasındakı göstərilmir.





Bəzən Leninin çəkdirdiyi şəkillər də dəyişdirilirdi. Onun həyat yoldaşı ilə birlikdə əkinçilərlə çəkdirdiyi şəkildə olan bəzi kəndlilər edam edildiyi üçün şəkildə Lenin və yoldaşı ancaq uşaqlarla göstərilib.





Şəkillərdən birində isə "Qızıl Ordu"nun komandiri Vasili Çapayev ordunun əsgərləri ilə görünür. Amma sonradan orduda "təmizləmə" aparıldığı üçün onun ətrafındakı əsgərlərin də sayı azaldılıb.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR