Corc Kluninin sözlərinə görə qəzet bağlandı

Corc Kluninin sözlərinə görə qəzet bağlandı
14:46 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İranda Hollivud ulduzu Corc Kluninin Fransada söz azadlığı və “Şarli Hebdo” jurnalının redaksiyasının dəstəklənməsi əlaməti kimi səsləndirdirdiyi "Mən Çarli Hebdoyam" sözlərini manşetə çıxaran “Mardom Emrouz”qəzeti bağlanıb.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, sənətçi “Qızıl Qlobus” mükafatlandırma mərasiminə ötən həftə yaxasında "Mən Çarliyəm" yazılmış döş nişanı ilə gedib və mükafat alan zaman Fransadakı terror hadisələrinə də toxunaraq eyni sözü səhnədən də dilə gətirib. Aktyorun həyat yoldaşı Amal Kluni başda olmaqla, bir çox sənətçi də eyni nişanla gecəyə qatılıb.

İran məhkəməsi qəzetin bu sözləri manşetə çıxarmasının "yaraşmayan" olduğuna hökm verib və onu bağlamaq qərarı alıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR