Novruz Məmmədov "Şarli Ebdo"dan yazdı

Novruz Məmmədov "Şarli Ebdo"dan yazdı
14:46 19 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təəssüf ki, "Şarli Ebdo"ya terror aktı ilə bağlı proseslər İslam dininə münasibəti beynəlxalq siyasətinin gündəliyinin əsas məsələsinə çevirdi".

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsindən yazıb.

PA rəsmisi sözlərini belə davam edib: "Bu prosesin nə dərəcədə təhlükəli olduğunu görünür Avropa İttifaqında bəzi dairələr anlaya bilmədilər. Doğrudanmı?!"

Qeyd edək ki, bir müddət öncə Fransada Məhəmməd (s) peyğəmbərin karikaturalarını dərc edən jurnalın redaksiyasına terror hücumu həyata keçirilmişdi. Həmin hadisə zamanı “Şarli Ebdo” jurnalının baş redaktoru da daxil olmaqla 12 jurnal işçisi öldürülmüşdü.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR