Gələn ilə qorxulu proqnoz

Gələn ilə qorxulu proqnoz
14:51 19 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

Yer kürəsi əhalisinin bir faizi 2016-cı ildə zəngin vəziyyətdə yaşayacaq, 99% isə çətinlik çəkəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyanın "Oxfam" xeyriyyə təşkilatı açıqlama verib.

Təşkilat İsveçrənin Davos şəhərində keçirilən, dövlət və hökumət başçılarının, eləcə də dünyanın ən nüfuzlu insanlarının toplandığı Dünya İqtisadi Forum ərəfəsində beynəlxalq aləmdə artan bərabərsizliyə diqqəti cəlb etməyə çalışır.

"Oxfam"ın rəhbəri Uinni Byanima bildirib ki, bərabərsizlik heyrət doğuracaq miqyas alıb. Varlı və kasıb arasındakı uçurum sürətlə böyüyür.

Xeyriyyə təşkilatı dünyanın aparıcı ölkələrini və onların rəhbərlərini vergilərdən boyun qaçırma ilə mübarizəyə və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, həmçinin, gəlirlərin bərabər şəkildə bölgüsünə imkan yaratmaq üçün qanunvericiliyin təkmilləşdirilməsinə, minimal əmək haqqının həcminin və yaşam tərzinin artırılmasına çağırıb.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR