Mahir Şükürovun maaşla bağlı şikayət etdiyi klubdan açıqlama

Mahir Şükürovun maaşla bağlı şikayət etdiyi klubdan açıqlama
14:52 19 Yanvar 2015
126 İdman
Ölkə mətbuatı
A- A+

“Mahir Şükürov 2 yox, 5 aydır ki, bizdən maaşını ala bilmir. Ona görə də “Karşıyaka”dan şikayət etdi. Mən onun qərarına haqq qazandırıram”.
 
Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Türkiyənin “Karşıyaka” klubunun baş məşqçisi Yusif Şimşək deyib.
 
O, mətbuatda Mahir Şükürovun qardaş ölkə klubundan şikayət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Mahir bizi FİFA-ya deyil, Türkiyə Futbol Federasiyasına şikayət edib. Amma böyük problem yoxdur. Bu gün bütün pulları ödəyəcəyik. Hər şey qaydasına düşəcək. Bu hərəkətinə görə ona nəsə deməyə haqqımız yoxdur. Çünki 5 ay maaş almamaq, təbii ki, çətindir”.

Türkiyəli məşqçi millimizin üzvünü komandada saxlayacaqlarını bildirib: “Onu heç yerə buraxmaq niyyətində deyilik. Çünki bizə lazımdır. Sadəcə pulunu istədi və biz də o məbləği ödəyəcəyik. Ondan sonra Mahir komandadan ayrılmayacaq. Ən azı, mövsümün sonuna qədər bizimlədir. Bu futbolçuya ehtiyacımız var”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR